12 avqust 2014 00:23
Pavol Farkaş: Qəbələ İnterə məğlubiyyəti unutmalıdı
"Qəbələ"nin müdafiəçisi Pavol Farkaş Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri səfər matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:4 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
"Biz belə məğlubiyyətlə üzləşəcəyimizi gözləmirdik. Matça qələbə üçün çıxmışdıq. Bizə bu məğlubiyyəti unutmaq lazımdı. Əgər bu mövsüm uğur qazanmaq istəyiriksə, növbəti oyunları düşünməliyik".
