12 avqust 2014 12:47

XL üçün 5 debütant

Topaz Premyer Liqasının 2014/15 mövsümünün startı 5 futbolçunun “Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, AZAL-la səfər oyununda Rəşad Sadiqov, Rauf Əliyev, Alfred Sanko, Qalin İvanov və sonradan meydana çıxan Fernando Qabriel ilk dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.

“AZAL Arena”da baş tutan görüşədək 172 oyunçu rəsmi matçlarda “Xəzər Lənkəran”ın formasını geymişdi. 1-ci turun qarşılaşmasından sonra bu rəqəm 177-yə çatıb.

1:1 hesabı ilə başa çatan qarşılaşmada debüt edənlərdən ikisi yerli, 3-ü legioner futbolçudu. Rəşadla Rauf klub tarixinin yerli oyunçularının ümumi sayını 65-ə çatdırıb. Milliləşənlər də daxil olmaqla “Xəzər Lənkəran”da oynamış legionerlərin sayı 112-di.  Bura daxil olan son 3 oyunçudan Alfred Syerra-Leone, Qalin Bolqarıstan, Fernando Braziliya təmsilçisidi.

Sonuncunun sayəsində “Xəzər Lənkəran”dakı təmsilçilik sayında Braziliya Rumıniyaya çatıb. Bu iki ölkədən rekord sayda – 18 futbolçu cənub klubunun formasını geyib. Qalin isə 5-ci bolqarıstanlıdı. Alfred isə Julius Vobaydan sonra ikinci syerra-leoneli kimi klub tarixinə düşüb.

Ümumilikdə isə 112 legioner 37 ölkəni təmsil edir: Rumıniya, Braziliya – hərəsi 18, Türkiyə - 10, Serbiya – 7, Belarus, Bolqarıstan – hərəsi 5, Portuqaliya, İspaniya – hərəsi 4, Xorvatiya - 3, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Makedoniya, Syerra-Leone – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Mərakeş, Kamerun – hərəsi 1.

Rauf debüt oyununda mövsümün ilk qoluna imza atıb. Bununla da Əliyev “Xəzər Lənkəran”da qol hesabını açıb. O, klubun 10 illik tarixində qol sevinci yaşayan 91-ci futbolçudu. Bu oyunçulardan 60-ı milliləşənlər də daxil olmaqla əcnəbilərdi. Rauf isə qol vuran 31-ci yerli futbolçu kimi tarixə düşüb.  Bu 91 futbolçudan başqa daha 7 dəfə “Xəzər Lənkəran”ın qoluna rəqib oyunçularının avtoqolu səbəb olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.