12 avqust 2014 00:01
David Janelidze: Neftçi üzərində layiqli qələbə qazandıq
"Araz Naxçıvan"ın hücumçusu David Janelidze Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində doğma meydanda qarşılaşdıqları "Neftçi" ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, dubla imza atdığı və 3:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Bu oyunda bizim qələbə qazanmaq istəyimiz daha çox idi. Biz meydanın hər santimetri uğrunda mübarizə aparırdıq. Fikrimcə, layiqli qələbə qazandıq. Qələbə qazanmaq istəyirdik, sonda böyük hesabla qalib gəldik. Bu, bizi daha da sevindirir. Mövsümün ilk oyununda, elitadakı debüt matçımızda iki qol vurmağıma da çox sevinirəm".
