12 avqust 2014 12:25
Qarabağ - Tvente matçının da başlama saatı açıqlandı
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı keçirəcəyi ilk matçın vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 21-də Bakıda keçiriləcək ilk qarşılaşma yerli vaxtla saat 21:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü avqustun 28-də Enshededə baş tutacaq.
