12 avqust 2014 12:03

Topaz Premyer Liqasında 49-cu əcnəbi məşqçi

Topaz Premyer Liqasının yeni mövsümünün startı yeni baş məşqçinin çempionatdakı debütü ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu Azərbaycan birinciliyində ilk matçında komandasına rəhbərlik edib.

İlk turun “İnter”lə oyununda 0:4 hesablı məğlubiyyətə üzülən rumıniyalı mütəxəssis Premyer Liqa tarixində 49-cu legioner baş məşqçi olub. Belə ki, 1992-ci ildə start götürən çempionatlar tarixində bunadək 48 əcnəbi mütəxəssis çalışmışdı. Onlardan bəziləri yalnız baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

Əvvəlki 22 çempionatda yalnız bir rumıniyalı olmuşdu. “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednikdən sonra Muntyanu bu ölkənin Azərbaycan çempionatındakı 2-ci təmsilçisi olub.

Ümumilikdə bu 49 əcnəbi çalışdırıcı 19 ölkəni təmsil edir: Türkiyə - 13, Ukrayna – 7, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə,  Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.

5 legioner iki klubda çalışıb. Azərbaycan Premyer Liqasının 17 komandasını çempionat matçlarına gəlmələr çıxarıb: “Xəzər Lənkəran” – 10, “Bakı” - 7, “Qəbələ”  – 5, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”,”“Olimpk” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.

(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.