12 avqust 2014 11:52
Hafiz Məmmədov: Tezliklə bütün borclar ödəniləcək
"Bakı"nın prezidenti Hafiz Məmmədov ötən gün klubdaxili iclas keçirib. Azerisport.az xəbər verir ki, uzun müddətdi yaşanan maliyyə problemləri ilə əlaqədar toplanan futbolçulara və klub işçilərinə bu vaxta qədər göstərdikləri dözümə görə təşəkkürünü bildirən Məmmədov söz verib ki, tezliklə bütün borclar ödəniləcək.
Klub prezidenti həmçinin, komandanın fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Toplantıda komandanın yeni baş məşqçisi kimi İbrahim Uzunca təsdiqlənib.
