12 avqust 2014 11:41
Partizan - Neftçi matçının başlama saatı müəyyənləşdi
Azərbaycan Kubokunun qalibi “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəyi ilk matçın vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, avqustun 21-də Belqradda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 23:15-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 28-də Bakıda baş tutacaq.
