12 avqust 2014 17:30
Neftçinin yeni transferi komandaya qoşuldu
"Neftçi"nin yeni transferi Mirkamil Həşimli artıq paytaxt klubunun düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, o, yeni komandasının məşqlərində iştirak edir.
Həşimli Avstriyada təlim-məşq toplanışında olan U-19-un heyətində idi. Buna görə o, komandadan ayrı düşmüşdü.
Xatırladaq ki, Həşimli "Neftçi"yə bu yay Türkiyənin "Fənərbaxça" klubundan keçib.
