Nikolas Kanales: Yaxın bir-iki gün ərzində müqavilə imzalayacağıq
Çilili forvard Nikolas Kanales azerisport.az saytına müsahibəsində "Neftçi"yə mümkün keçidindən danışıb.
- Bakıda olduğunuz düzdü?
- Bəli, bu gün səhər gəlmişəm. Yaxın bir-iki gündə klub rəhbərliyi ilə görüşməyi planlaşdırıram. Bu görüşdə müqavilə ilə bağlı bütün məsələlərə aydınlıq gələcək.
- Neçə illik müqavilə bağlamaq istəyirsiz?
- Bu barədə mətbuatla müqavilə imzaladıqdan sonra danışmaq istəyirəm.
- Komandanın nəticələrindən xəbəriniz var, izləyirdiz?
- Baş verənlərdən xəbərdaram. Xüsusilə, komandanın Avropa Liqasındakı oyunlarını diqqətlə izləyirdim. Çox şadam ki, "Neftçi" Avroliqanın pley-off mərhələsində oynayacaq.
- Sizdən də bu mərhələdə çox şey gözlənilir. Serbiya "Partizan"ı ilə oyunlara hazırsız?
- Məndə hər şey normaldı. Fikrimcə, kollektivə alışmaq üçün çox vaxtım getməyəcək.
