12 avqust 2014 16:55
Yazalde: Növbəti matçda mütləq qələbə qazanmalıyıq
"Qəbələ"nin yeni futbolçusu Yazalde Pinto Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" bizdən daha yaxşı oynadı. Artıq növbəti oyunlarımızı düşünməliyik. Növbəti matçda mütləq qələbə qazanmalıyıq. Başa düşürəm ki, hələ əsas heyətin oyunçusu olmaq üçün çox çalışmalıyam. Mövsümün ilk oyununda da əsas heyətdə ona görə yox idim ki, komanda ilə tam hazırlıq keçə bilməmişdim. Növbəti oyunlarda qol vurmağa çalışacam".
