12 avqust 2014 16:35
Qarabağın da Tvente ilə cavab matçının vaxtı açıqlandı
Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Hollandiya “Tvente”si ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 28-də Ensede şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, avqustun 21-də Bakıda keçiriləcək ilk qarşılaşma isə yerli vaxtla saat 21:00-da başlanacaq.
