12 avqust 2014 16:20
Konte Foqtsun rəqibi olmağa razılıq verdi
İtaliya Futbol Federasiyasının (İFF) yeni prezidenti müəyyənləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-dən sonra boş qalan posta keçirilən seçkilərdə təşkilatın yeni rəhbəri 71 yaşlı Karlo Tavekkio seçilib.
O, səslərin 63,33%-ini toplayıb. Tavekkionun ilk işi isə "Yuventus"un sabiq baş məşqçisi Antonio Konteni İtaliya millisinin sükanı arxasında işləməyə dəvət etməsi olub. Artıq sözügedən mütəxəssis komandanı çalışdırmağa razılıq verib. Bu haqda məlumatı "La Gazzetta dello Sport" yayıb.
Yaxın günlərdə bütün detallar rəsmən açıqlanacaq. İtalyan mütəxəssis 2016-cı ilə kimi millini çalışdıracaq.
Xatırladaq ki, Çezare Prandelli DÇ-2014-dən sonra İtaliya yığmasının baş məşqçi postundan istefa vermiş və “Qalatasaray”la anlaşmışdı.
