12 avqust 2014 16:05
Neftçinin Partizanla cavab matçının da vaxtı bilindi
“Neftçi” klubunun Avropa Liqasının pley-off mərhələsində Serbiya “Partizan”ı ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb. Azerisport.az xəbər verir ki, avqustun 28-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş yerli vaxtla saat 21:00-da start götürəcək.
Qeyd edək ki, avqustun 21-də Belqradda keçiriləcək ilk qarşılaşma isə Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
