12 avqust 2014 15:30
Neftçi Kanalesi Avroliqa üçün sifariş edəcək
Azərbaycan Kubokunun qalibi "Neftçi" Avropa Liqasının pley-off mərhələsi üçün daha bir futbolçu sifariş edəcək. Azerisport.az xəbər verir ki, bu, Nikolas Kanales olacaq.
Çilili futbolçu artıq bu gün Bakıya gəlib və klubla müqavilə bağlayacaq. "Ağ-qaralar"ın sabiq hücumçusu ilə neçə illik müqavilə imzalayacağı bilinmir. Böyük ehtimalla tərəflər bir illik anlaşacaqlar.
Qeyd edək ki, "Neftçi" Avroliqanın pley-offunda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Kanalesin bu oyunlarda iştirakı izə hazırlıq səviyyəsindən asılı olacaq.
