12 avqust 2014 15:12
AFFA İnterin futbolçusunu cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"İnter” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 54-cü dəqiqəsində “İnter”in futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub 500 manat cərimə olunub.
