AFFA Qarabağa texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
AZAL – “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL-ın futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Sumqayıt” – “Qarabağ” matçın 50-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir.
