12 avqust 2014 14:45

Vladimir Levin: Dorinel Muntyanu bildirdi ki, İnter adi futbol oynayır

"Qəbələ"nin müdafiəçisi Vladimir Levinin azerisport.az saytına müsahibəsi

- Mövsümün açılış turunda "İnter"ə böyük hesabla uduzmağınıza nə səbəb oldu?
- Biz həqiqətən çox pis oynadıq. Amma belə böyük hesabla uduzmağımız da gözlənilməz oldu. Çox təəssüf ki, çempionata məğlubiyyətlə başladıq. Yəqin ki, bu yenilgi özümüzə gəlməyimizə kömək edər.

- Yəqin ki, 4 cavabsız qolla uduzacağınızı gözləmirdiz...
- Heç məğlubiyyəti gözləmirdik. Meydana qələbə üçün çıxmışdıq. Amma alınmadı. Rəqib də sıradan komanda deyildi. "İnter" çox yaxşı komandadı.

- Düşünmürsüz ki, bu məğlubiyyət komandaya növbəti oyunlarda da mənfi təsir etsin?
- Ümid edirəm ki, növbəti oyunumuzda qələbə qazanacağıq.

- Komanda yoldaşlarınız uğursuzluğu heyətdəki futbolçuların yeni olması ilə əlaqələndirir. Siz də elə düşünürsüz?
- Düzdü, heyətimiz yeni formalaşıb. Uyğunlaşma ilə bağlı problemlər var. Amma əlbəttə, bu, məğlubiyyətimizə haqq qazandıra bilməz.

- Siz meydana ikinci hissədə çıxdız. Bu, daha çox qol buraxmamaq üçün atılmış addım idi?
- Bu, baş məşqçinin istəyi idi. Təbii ki, hesabın daha böyük olmasına imkan verməmək istəyirdik.

- "İnter"in oyununda sizin gedişinzdən sonra çox dəyişiklik var?
- "İnter"in oyun üslubu dəyişib. Baş məşqçiləri ildən-ilə oyun üslubunu daha da yaxşılaşdırır.

- Oyun ərəfəsində baş məşqçi Dorinel Muntyanu "İnter"i analiz etmişdi?
- Şübhəsiz. Amma mən ona "İnter" haqda heç nə söyləməmişdim. Baş məşqçi özü rəqibin oyunlarını izləmişdi. Biz də onun dediyi kimi oynamağa çalışdıq. O, bildirmişdi ki, "İnter" adi futbol oynayır.

- İlk oyun "Qəbələ"nin ən problemli mövqeyinin müdafiə olduğunu göstərdi...
- Bu məğlubiyyətdə bütün komandanın günahı var. Kimisə ayırmaq düzgün deyil.

- Razısız ki, çempionata tam hazır deyilsiz?
- Təəssüf ki, elədi. Hollandiya toplanışı zamanı yaxşı yoxlama oyunları keçirdik. Gücümüz yetərincədi. Sadəcə, hər şeyin yoluna düşməsi üçün zamana ehtiyacımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.