12 avqust 2014 13:43
Partizan - Neftçi matçı 3.5 avroya
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi" ilə Serbiya "Partizan"ı arasındakı ilk oyunun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, Belqraddakı "Partizan" stadionunda keçiriləcək görüşün biletləri yerindən asılı olaraq, 400-300 serb dinarı (3,5 və 25,5 avri) dəyərindədi.
Xatırladaq ki, ilk oyun avqustun 21-də keçiriləcək.
