12 avqust 2014 13:09
UEFA-dan Neftçiyə yaşıl işıq
Azərbaycan Kubokunun qalibi "Neftçi" UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Serbiyanın "Partizan" komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmişdi. Azerisport.az xəbər verir ki, AFFA da bu məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı.
Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (AFFA)
