Branimir Subaşiç üçün daha 4 rəqib
Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor” bu gündən yeni mövsüm hazırlıqlarının 3-cü bölümünə start verəcək. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi bu məqsədlə Kocaeli şəhərinin Karatepe bölgəsinə yollanıb.
Bu gün Bakı vaxtı ilə saat 20:30-da Karatepedə ilk məşqinə çıxacaq “tarzanlar” bu hazırlıq bölümünü avqustun 19-da başa vuracaq.
Bundan əvalə, manisalılar hazırlıq vaxtı 4 yoxlama matçı keçirəcək. Həmin rəqiblər aşağıdakılardı:
13 avqust
18:00. “Manisaspor” - “Ankaragücü” (Spor Toto 2-ci Liqa)
15 avqust
18:00. “Manisaspor” – “Yeni Diyarbakır” (Spor Toto 3-cü Liqa)
16 avqust
18:00. “Manisaspor” – “Kırklarelispor” (Spor Toto 2-ci Liqa)
18 avqust
18:00. “Manisaspor” – “Kocaeli Birlikspor” (Spor Toto 2-ci Liqa)
