12 avqust 2014 12:58
Popoviç: Nə vaxtsa bizim də bəxtimiz gətirməli idi
"Sumqayıt"ın qapıçısı Andrey Popoviç Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesablı məğlubiyyətdən, eləcə də rəqibə veriləcək texniki məğlubiyyətdən danışıb:
"Biz pis oynadıq. Müdafiədə çoxlu səhvlərə yol verdik. "Qarabağ" isə elə səhvləri bağışlamır. Rəqibə veriləcək texniki məğlubiyyətə gəlincə, nə vaxtsa bizim də bəxtimiz gətirməli idi. Başa düşürəm ki, Avropa Liqasının pley-off mərhələsində Hollandiya "Tvente"sinə qarşı keçirəcəyi oyunlar öncəsi Ağdam klubu problemlə üzləşmək istəmirdi. Amma ümid edirəm ki, bu hadisə onlara təsir etməyəcək və hər şey Azərbaycan klubunun xeyrinə başa çatacaq".
