11 avqust 2014 12:55

Rexviaşvili: Neftçi bizdən açıq-aşkar güclü idi

Gürcüstanın "Çixura" klubunun müdafiəçisi Georgi Rexviaşvilinin azerisport.az saytına müsahibəsi

- Avroliqanın üçüncü təsnifat mərhələsində "Neftçi" səddini niyə keçə bilmədiz?
- Rəqibimiz güclü idi. Biz hər iki oyunda 100 faiz gücümüzü meydanda qoyduq. Amma gördüyünüz kimi, bu, yetərli olmadı.

- Komandanız buraxılan qollardan sonra daha fəal oynamağa başladı...
- Təəssüf ki, elədi. Biz oynamağa başlayanda, "Neftçi" artıq hesabda yaxşı fərq yaratmışdı.

- Siz komandanızın aparıcı müdafiəçisiz. Het-trik edən Ernest Nforu saxlamaq belə çətindi?
- Əgər onun hər zərbəsindən sonra top qapıya gedirsə, necə saxlaya bilərdik ki? Bu, onun günüdü.

- Bu, klublar arasındakı real fərqi göstərir?
- Bəli, rəqibimiz bizim dişimizə görə deyildi. "Neftçi" açıq-aşkar bizdən güclü idi. Xüsusilə maliyyə baxımından. Səviyyəli legionerləri var. Bakı klubunun büdcəsi bizdən qat-qat böyükdü. Bu iki klub arasında ciddi fərqlər var.

- Bəs onda niyə ilk oyundan əvvəl "Neftçi"ni Bakıda 2 cavabsız qolla məğlub edəcəyinizi demişdiz?
- Mən sadəcə, komandama inandığımı göstərməyə çalışmışdım. Türkiyə "Bursaspor"unu mübarizədən kənarlaşdırmaqla özümüzü yaxşı tərəfdən göstərə bildik. Türkiyə klubuna gücümüz çatsa da, Azərbaycan təmsilçisinə çatmadı.

- Avroliqadakı çıxışınızla Azərbaycan klublarının diqqət mərkəzinə düşməyiniz mümkündü?
- Nə vaxt təklif alsam, onda bu sualınıza cavab verərəm (gülür).

- Sizinlə "Bursaspor" da maraqlanıb. Əgər hər iki ölkədən təklif alsaz, hansını qəbul edərsiz?
- Təkliflərin necə olmasına baxır. Amma gizlətmirəm ki, Türkiyədə oynamaq daha prestijli və perspektivlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.