11 avqust 2014 00:45
Neftçinin rəqibi mövsümə qələbə ilə başladı
Futbol üzrə Serbiya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" mövsümün ilk turunda səfərdə "Vozdovaç"la qarşılaşıb.
Oyun "ağ-qaralar"ın rəqibinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Oyunda hesabı 73-cü dəqiqədə meydan sahibləri açsa da, bundan cəmi 5 dəqiqə sonra "Partizan" rəqib futbolçunun avtoqolu sayəsində məğlubiyyətdən qurtulub. 90+1 və 90+3-cü dəqiqələrdə müvafiq olaraq Volkovla Fofanın vurduğu qollar isə "Partizan"a mövsümün açılış turunda 3 xal qazandırıb.
Qeyd edək ki, "Neftçi" ilə "Partizan" arasındakı ilk oyun avqustun 21-də Belqradda keçiriləcək.
