11 avqust 2014 12:30
Namiq Yusifov: Bilsəydim ki, limit pozulur, deyərdim
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:0 hesabıyla qalib gəldikləri halda limiti pozduqlarına görə texniki məğlubiyyət almalarına da münasibət bildirib:
"Hamı oyuna köklənmişdi və bu məsələyə diqqət yetirmədik. Mən bilsəydim ki, limit pozulur, bunu dərhal deyərdim. Buna görə çox üzülmək olmaz. Növbəti turlarda bunun əvəzini çıxmaq lazımdı. Amma təəssüf ki, layiq olduğumuz üç xaldan məhrum olduq".
