11 avqust 2014 12:10
Superkubok matçı təxirə salındı
Futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun baş tutmayacaq. Azerisport.az xəbər verir ki, son ölkə çempionu "Qarabağ"la kubokun qalibi "Neftçi" arasındakı oyun avqustun 13-də keçirilməliydi.
Amma hər iki klub bu oyunun təxirə salınmasını istəyir. Məhz onların razılığını əsas gətirən Peşəkar Futbol Liqası qarşılaşmanı başqa tarixə keçirib. Amma oyunun konkret hansı tarixdə keçiriləcəyi hələ bəlli deyil.
