11 avqust 2014 00:01

Qarabağ limiti pozdu, Qurban Qurbanov səhvi etiraf etdi

Məlum olduğu kimi, bu gün "Qarabağ" Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt"la qarşılaşdı və meydandan 3:0 hesablı qələbə ilə ayrıldı. Azerisport.az xəbər verir ki, bu qələbəyə baxmayaraq, Ağdam klubu sözügedən görüşdə limiti pozduğuna görə, texniki məğlubiyyətlə cəzalandırılacaq.

Oyundan dərhal sonra Qurban Qurbanovun verdiyi açıqlamanı diqqətinizə çatdırırıq: "Bu gün Azərbaycan Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə Meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. İlk olaraq Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi. Amma Namiq Yusifovun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm". (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.