11 avqust 2014 11:50
Murad Məmmədov Baku Unitedin oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda "Baku United" (İngiltərə), "Gibraltar Scorpions" (Cəbəllütariq), "Malmo City" (İsveç) və "Sarajevo" (Bosniya və Herseqovina) komandaları mübarizə aparacaq.
Oyunlar avqustun 27-dən 30-dək Bosniya və Herseqovinada keçiriləcək. (AFFA)
