11 avqust 2014 11:30
Yaşar Seyidov: Bakı ikinci turda oynayacaq
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov bəyan edib ki, paytaxt təmsilçisi Topaz Premyer Liqasının ikinci turunda meydana çıxacaqlarını bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klubun bağlanacağı və digər çoxsaylı xəbərlər həqiqəti əks etdirmir. Birincisi, klubun bazası, buradakı bütün avadanlıqlar bizim yox, birgə çalışdığımız şirkətindi. İkincisi də bizə sadəcə bəzi sənədləri PFL-ə təqdim etmək qalır ki, onu da həll edib, ikinci turda meydana çıxacağıq".
