Aleksandr Amisulaşvili: Bu, İnterin günü idi
"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin azerisport.az saytına müsahibəsi
- Startda "Qəbələ" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Böyük hesabla qalib gəlsək də, çətin oyun oldu. "Qəbələ" yaxşı komandadı. Sadəcə, biz bu oyunda daha yaxşı oynadıq. Bu, bizim günümüzdü. Yaxşı oynadıq və layiqli qələbə qazandıq.
- Belə darmadağın olacağını gözləyirdiz?
- Futbol elə bir oyundu ki, öncədən heç nəyi dəqiq bilmək olmur. Kim 4:0 hesabıyla qalib gələcəyimizi gözləyərdi ki? Düzdü, Avropa Liqasından sonra qələbə qazanacağımıza inanımız var idi. Amma daha belə böyük hesabla yox.
- "İnter"in Avroliqadakı uğursuzluqdan sonra özünə gəldiyini demək olar?
- "Elfsborq"la oyundan sonrakı günlərdə bizə bir qədər çətin idi. Çünki üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmağa layiq idik. Çox üzücü vəziyyət yaranmışdı. Amma hər şey artıq geridə qalıb. Həyat davam edir.
- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- Hər oyunda qalib gəlməyi.
- Komandanızın yeni mövsümdəki ilk qolunun müəllifi olduz...
- Yaxşı ki, buna nail ola bildim. Qol vurmaq həmişə xoşdu. Amma əsas odu ki, komandam qələbə qazandı.
