Yığmamızın baş məşqçisi: Bütün rəqiblərimizə qalib gəlmək istəyirik
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının baş məşqçisi Ze Migelin azerisport.az saytına müsahibəsi
- Avroliqanın promofinalından nə gözləyirsiz?
- Polşa, Çexiya və Bolqarıstanla mübarizə aparmalıyıq. Yaxşı nəticə qazanmaq üçün oynayacağıq. Hədəfimiz ölkəni layiqincə təmsil etməkdi.
- Rəqiblər barədə nə deyə bilərsiz?
- Polşalıların oyununu görmüşəm. Onlar barədə nəsə danışmağa dəyməz. Amma Çexiya və Bolqarıstanı elə də yaxşı tanımıram.
- Yığmamızın qarşısına hansı vəzifə qoyulub?
- Ancaq uğurlu nəticə qazanmaq. Həm Bolqarıstanla, həm Çexiya ilə, həm də Polşayla matçlarda qələbəyə oynayacağıq.
- Komandamız Avroliqaya hazırdı?
- Əminəm ki, yaxşı hazırlaşa biləcəyik. Təsnifat mərhələsində öz səviyyəmizi göstərə bildik. Hətta ən gözəl qolun müəllifi də bizim komandadan oldu.
- Uğursuz olsa, onda necə olacaq?
- Bu barədə düşünməyə dəyməz.
