11 avqust 2014 17:35
Poladov: Yaxşı olardı ki, Qarabağa meydanda qalib gələk
"Sumqayıt"ın kapitanı Ruslan Poladov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində qarşılaşdıqları "Qarabağ"la oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesablı məğlubiyyətdən, eləcə də rəqibə veriləcək texniki məğlubiyyətdən danışıb:
"Riçard Almeyda meydana girəndə nəyinsə düz olmadığını anladım. Amma oyun vaxtı "Qarabağ"ın futbolçuları saymadım. Həm də rəqib səhvə yol verdiyini tez başa düşərək, dərhal dəyişiklik etdi. Təbii ki, üç xal qazanacağımıza görə şadam. Lakin belə qələbəyə görə sevinməyə dəyməz. Heç bu düzgün də deyil. Yaxşı olardı ki, bu qələbəni meydanda öz gücümüzlə qazanaq. Mükafata gəlincə, hesab edirəm ki, bu cür qələbəyə görə mükafat tələb etmək düzgün olmaz".
