11 avqust 2014 17:10
Qarabağın sabiq qapıçısı Şalkeyə keçə bilər
"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, sözügedən qolkiperlə "Şalke" maraqlanır.
O, hazırda bu komandanın düşərgəsində məşq edir. Komandanın əsas qapıçısı Fabian Gifer zədələnəndən sonra, "Şalke"nin məşqçiləri məhz ötən mövsümü Azərbaycanda keçirmiş qolkiperə ehtiyac duyublar.
