11 avqust 2014 16:45

Ruslan Əmircanov: Belə məğlub olacağımızı gözləmirdik

"Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi

- Komandanız yeni mövsümün starında "İnter"ə niyə böyük hesabla (0:4) məğlub oldu?
- Oyunumuz alınmadı. Daha dəqiqi, pis oynadıq. Belə hesabla uduzmaq çox pisdi. Halbuki, oyuna çox yaxşı hazırlaşmışdıq.

- "Qəbələ"nin hətta buraxılan qollardan birinə belə cavab verə bilməməsini nə ilə izah edərdiz?
- Etiraf edim ki, belə aqibətlə üzəşəcəyimizi gözləmirdik. Baxmayaraq ki, hamımız "İnter"in necə güclü olduğundan xəbərdar idik. Oyun başlayan kimi gözlənilməz qol buraxdıq. Sonra tələsik hücuma atılıb hesabı bərabərləşdirməyə çalışdıq. Amma biz buna çalışdığımız vaxt rəqib növbəti qolları vurdu.

- "Qəbələ"nin müdafiə xətti çox zəif oynadı. Maçta hazır deyildiz?
- Oyuna hazır idik. Məğlubiyyətdən qaçmaq üçün də çox çalışdıq. Sadəcə, "İnter" əks-hücumlarda yaxşı oynadı. Əfsuslar olsun ki, müdafiədə uşaq səhvləri buraxdıq. Nəticə də göz qabağındadı.

- Komanda bu məğlubiyyətdən sonra özünə gələ biləcək?
- Qarşıda 35 oyun var. Bir məğlubiyyətlə hər şeyə son qoyulmur.

- Razısız ki, "İnter" bu gün təkcə hücumda yox, bütün mövqelərdə sizdən üstün idi?
- Bu, sadəcə, bizim günümüz deyildi. Futbolda belə şeylər də olur. İnanın ki, bundan sonra "İnter"lə 50 oyun da keçirsək, belə səhvlər etmərik. Oyunumuzu analiz edəcəyik və çalışacağıq ki, bundan sonrakı matçlarda daha yaxşı çıxış edək.

- Bu fiaskonu necə unudacaqsız?
- Bu mövsüm "İnter"lə daha üç oyunumuz olacaq. Onları Qəbələ məğlub edib, hər şeyi unudacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.