11 avqust 2014 16:15
Qarabağın sabiq hücumçusu Çexiya klubunda
"Qarabağ"ın sabiq hücumçusu Ulrix Kapolonqo özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını Çexiyada davam etdirəcək.
Sözügedən futbolçu bu ölkənin "Teplitse" klubuna keçib.
Xatırladaq ki, Kapolonqo "Qarabağ"da ötən mövsüm çıxış edib və Ağdam klubunda keçirdiyi 12 oyunda iki qol vurub.
