11 avqust 2014 15:40
"Qarabağla Tventenin qrup mərhələsinə düşmək şansları bərabərdi"
"Qarabağ"ın uşaq-gənclər futbolu üzrə texniki direktoru olan hollandiyalı Con van Loen ölkəsinin mətbuatına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ"la Hollandiya "Tvente"si arasındakı oyunlardan danışıb:
"İndiki "Qarabağ" bir neçə il öncə "Tvente" ilə qarşılaşan komanda deyil. İndi bu komanda həqiqətən də çox güclüdü. Səviyyəli legionerləri var və onlar komandaya nəticə qazandıra bilirlər. Bütövlükdə, şansların əllinin əlliyə olduğunu düşünürəm. Bakıdakı oyunda "Qarabağ"ın böyük azarkeş dəstəyi olacaq. İndidən əminliklə deyə bilərəm ki, stadion tam dolacaq. Hansı ki, Avstriya "Zalsburq"u ilə ev oyununda da elə olmuşdu".
