11 avqust 2014 15:00

Qurbanov: Avroliqa ilə yanaşı, Premyer Liqada da öz hədəflərimiz var

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

- Yeni mövsümün ilk oyununda "Sumqayıt"a qalib gəlsəz də, texniki məğlubiyyət ala bilərsiz. Bununla bağlı nə deyə bilərsiz?
- Biz səhvə yol vermişik. Bunu artıq etiraf etmişk. PFL tərəfindən çıxarılacaq istənilən qərara hörmətlə yanaşacağıq.

- "Neftçi" ilə superkubok matçının təxirə salınması üçün PFL-ə müraciət etmisiz?
- Mən özüm şəxsən müraciət etmişəm. Sadəcə, fikrimi soruşublar, demişəm ki, komandanın yüklənməsini nəzərə alsaq, təxirəsalma yaxşı olar. Məncə, bu, həm də bakılıların lehinə olacaq. Onlar da Avroliqada çıxışı davam etdirirlər. Amma PFL qəbul etməsəd, oynamalıyıq. Biz oynamağa hazır idik. Bir halda ki, PFL də matçın təxirə salınmasına razıdı, belə də edəcəyik.

- "Neftçi" əsas heyəti superkubok matçına qorumaq üçün "Araz Naxçıvan"la oyuna aparmamışdı. Amma siz "Sumqayıt"la oyunda cəmi bir-iki futbolçuya istirahət verdiniz. Matçın təxirə salınacağını bilirdiz?
- Biz də meydana tam heyətlə çıxmamışdıq. Bəzi oyunçularımız heç iştirak ərizəsində yer almamışdı. Komandamın aparıcı oyunçularından bir neçəsinə istirahət vermişdim.

- "Sumqayıt"la oyundakı texniki məğlubiyyət "Tvente" ilə qarşılaşma öncəsi komandaya mənfi təsir etməyəcək ki? Çünki ilk oyunda 3 xal qazandığınızı nəzərə alıb, 2-ci turun "İnter"lə oyununa ehtiyat qüvvə ilə çıxa bilərdiz...
- Bu, artıq böyük ehtimalla, baş tutmayacaq. Başqa variantlar üzərində düşünəcəyik. Mümkündü ki, başqa futbolçularımıza şans verək. Heyətimizdə çempionatda iştirak edə biləcək çox futbolçu var. Çempionat oyunlarını "Tvente" ilə qarşılaşmalara qurban verməyəcəyik. Çünki Avroliqa ilə yanaşı, Premyer Liqada da öz hədəflərimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.