11 avqust 2014 14:10
Ansi Aqolli: Artıq Tvente ilə oyunları düşünməliyik
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bəyan edib ki, artıq onlar Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Hollandiya "Tvente"si ilə oyunlar haqda düşünməlidilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zalsburq"la oyundan sonra biz mövsümün ilk matçı olan "Sumqayıt"la görüşə köklənmişdik. Amma indi "Tvente" ilə oyunu düşünmək vaxtıdı. Hollandiya klubu çox güclü rəqibdi. Bu komanda ilə oyunlara ciddi hazırlaşmaq lazımdı. Hər iki oyun çətin olacaq. Bu mərhələdə zəif rəqib ola bilməz. "Tvente" məşhur klubdu. Maraqlı oyun gözləyirəm və ümid edirəm ki, bu görüşlər bizim xeyrimizə olacaq".
