11 avqust 2014 13:45
Hafiz Məmmədov Bakının taleyinə bu gün aydınlıq gətirəcək
Premyer Liqada iştirakı sual altında olan "Bakı"nın problemləri hələ də həll olunmayıb. Azerisport.az xəbər verir ki, bu gün paytaxt təmsilçisində klubdaxili iclas olacaq.
Klubun prezidenti Hafiz Məmmədov uzun fasilədən sonra "Bakı"nın futbolçuları ilə görüşəcək. Məmmədov iclas zamanı futbolçuları ilə söhbətində ya davam edəcəklərini, ya da yolun sonuna gəldiklərini açıqlayacaq.
Qeyd edək ki, "Bakı" maliyyə problemlərinə görə mövsümün ilk turunda meydana çıxmadı. Kluba avqustun 15-nə kimi vaxt verilib.
