11 avqust 2014 13:25
Erat Fortunanın qələbəsində pay sahibi oldu
Almaniyada Qərb Regional Liqasında ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasında yarımmüdafiəçisi Toğrul Erat Düsseldorf "Fortuna"sının U-23 komandasının heyətində "Sportfreynd Lotte" klubuna qarşı oynayıb.
Səfərdə keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsiylə başa çatıb. Erat 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Eratın komandası hazırda 3 xalla ikinci yerdə gedir.
