10 avqust 2014 12:30

Riçard Almeyda: Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi

- Avstriya "Zalsburq"una uduzduğunuz cavab oyunu barədə nə deyə bilərsiz?
- Məğlubiyyət haqda danışmaq çox ağırdı. Çünki biz oyunu istədiyimiz hesabla başa vura bilmədik.

- Buraxılan qollara görə kimi qınamaq lazımdı?
- Hər iki qolu öz səhvimizdən buraxdıq. Onları "Zalsburq"a hədiyyə etdik. Hər iki qol standart vəziyyətdən sonra vuruldu. Amma futbol belədi. Növbəti oyunlarda daha yaxşı oynamaq lazımdı.

- Sizin qol vurmağınıza nə mane oldu ki?
- Birinci hissədə Vüqar Nadirov qol vurmağa çox yaxın idi. Təəssüf ki, ələ düşən şansdan yararlana bilmədi. "Zalsburq"u qələbə münasibətilə təbrik etmək lazımdı. Ona görə ki, rəqibimiz daha güclü idi.

- Azərbaycanda hamı bu məğlubiyyətinizə görə çox üzüldü...
- Biz özümüz də eyni dərəcədə məyusuq. Bilirdik ki, avstriyalıları keçsək, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqdıq. Hədəfimiz yüksək idi. Artıq bütün diqqətimiz Avroliqanın pley-off mərhələsinin oyunlarına yönəlib.

- Hollandiya "Tvente"si ilə oyunlardan nə gözləyirsiz?
- Yaxşı komandamız var. Pley-off mərhələsində uğurla çıxış edib, qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Birlikdə buna nail ola biləcəyimizi düşünürəm.

- Həm ilk, həm də cavab oyununda itkiləriniz çox oldu. Bunlar sizə mane olmayacaq?
- Digər oyunçulardan danışmaq istəmirəm. Ancaq özüm haqda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.