10 avqust 2014 00:35
Land of Fire Azerbaijan ilə uğurlu debüt
İngiltərənin "Şeffild Uensdey" klubu çempionşipdə yeni mövsümün ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu mövsümdən etibarən "Land of Fire Azerbaijan" reklamı ilə çıxış etməyə başlayan komanda səfərdə "Brayton"la qarşılaşıb.
Oyun "Azərbaycan komandasının" 1:0 hesablı qələbəsiylə başa çatıb.
