10 avqust 2014 00:25

Simurqda dörd müqavilə

"Simurq" yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edir. Azerisport.az xəbər verir ki, bir neçə yeni futbolçu ilə sıralarını genişləndirən Zaqatala klubu heyətindəki oyunçulardan da bəzisi ilə yeni müqavilələr imzalayıb.

Belə ki, ötən gün Stepan Polyakla münasibətlər yenilənib. Təcrübəli yarımmüdafiəçi ilə 1+1 sistemli müqavilə imzalanıb. Xorvatiyalı futbolçu artıq üçüncü mövsümdü ki, Zaqatala təmsilçisinin heyətində çıxış edəcək. 31 yaşlı futbolçu indiyə qədər "sarı-qaralar"ın heyətində 64 oyunda meydana çıxıb və 11 dəfə rəqib qapısına yol tapıb.

Polyakla yanaşı, daha bir legioner futbolçunun müqaviləsinin müddəti artırılıb. Ötən mövsüm "Simurq"un ən məhsuldar futbolçusu olmuş Draqan Çeran daha iki il Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. Ötən mövsümün əvvəlində heyətə qatılan serbiyalı futbolçu çıxdığı 31 qarşılaşmada 13 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb.

Ötən mövsüm əvəzedici heyətlərin ölkə birinciliyinin bombardirlərindən biri olmuş Oruc Balaşlı və kapitan Kənan Müslümovla da yeni anlaşma əldə olunub. Hər iki futbolçu daha üç il "Simurq"un şərəfini qoruyacaq. Zaqatala futbol məktəbinin yetirmələri artıq karyeralarını əsas komandada davam etdirəcəklər. Sloveniya və Avstriyada keçirilən təlim-məşq toplanışlarında da özlərini yaxşı tərəfdən göstərən gənclər məşqçilər korpusunun inamını qazanmağı bacarıblar. Oruc Balaşlı bu mövsüm 25, Kənan Müslümov isə 33 nömrəli forma ilə mübarizə aparacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.