10 avqust 2014 00:15
Qarabağ daha iki transfer etdi
Azərbaycan çempionu "Qarabağ" daha iki transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevdən sonra iki gənc futbolçunu öz sıralarına qatıb.
Bunlar "Bakı"nın yetirmələri olan Şəhriyar Əliyevlə Namiq Ələsgərovdu. 1992-ci il təvəllüdlü Şəhriyar sağ cinah müdafiəçisi, 1995-ci il təvəllüdlü Namiq isə hücumçudu.
Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb. Məlumatı Ağdam klubunun rəsmi saytı yayıb.
