10 avqust 2014 11:56
Hafiz Məmmədovun klubu Liqa 1-ə uğursuz başladı
Futbol üzrə Fransa çempionatında yeni mövsümə start verilib. Azərbaycanlı iş adamı Hafiz Məmmədovun komandası - "Lans" da elitada ilk oyununa çıxıb.
Səfərdə "Nant"la qarşılaşan bu komanda uğursuzluqla üzləşib. Belə ki, meydan sahibləri 1:0 hesabıyla üstün olublar.
Xatırladaq ki, "Lans" üzərində "Azerbaijan. Land of Fire" şüarı yazılmış reklamlarla çıxış edir.
