10 avqust 2014 11:45
İsmayılov: Xəzər Lənkəranın əvəzedicilərində oynamağa özüm qərar verdim
"Xəzər Lənkəran"ın yeni futbolçusu Əfran İsmayılov cənub klubundakı çıxışına əvəzedici heyətlə başlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əvəzedici komandada oynamağa özüm qərar verdim. Çünki əsas komandanın toplanışında iştirak etməmişdim. Buna görə də əvəzedicilərin oyununda birinci hissədə meydanda oldum. Burada təəccüblü heç nə yoxdu. Formamı bərpa etməyə çalışıram. Çünki çoxdan idi məşq etmirdim, oynamırdım".
Qeyd edək ki, XL-in ikinci komandası ilk turda AZAL ilə səfər oyununda 0:1 hesabıyla uduzub. Əsas komandalar isə sülh bağlayıblar - 1:1.
