10 avqust 2014 11:23
Tvente məğlubiyyətdən son anda xilas oldu
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" Hollandiya çempionatının yeni mövsümündə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Enshede klubu səfərdə "Kambur"la qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Hesabı 15-ci dəqiqədə meydan sahibləri açsa da, Yunes Muxtar 88-ci dəqiqədə "Tvente"ni məğlubiyyətdən xilas edib.
"Tvente" oyuna aşağıdakı start heyətlə çıxıb: (4-2-3-1): Marsman, Broykers, Martina, Laçman, Koppers, Şilder, Ebesilio, Kusk, Kastaynos, Muxtar, Borven.
