10 avqust 2014 22:35
Dorinel Muntyanu: Bu gün Qəbələnin oyunu alınmadı
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rumıniyalı çalışdırıcısı 0:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Mövsümə qələbə ilə başlamaq istəyirdik. Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Təbii ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik, qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.
