10 avqust 2014 22:20
Məmmədov: Komandadan razı qaldım
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“0:3 hesabı ilə məğlub olsaq da, komandadan razı qaldım. Çox maraqlı oyun oldu. Arzu edirik ki, həm “Qarabağ”, həm də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdi”.
