Qurban Qurbanov: Bu, həm bizim üçün, həm də Neftçi üçün daha yaxşı olar
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim. Bu, həm bizim üçün, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.
