10 avqust 2014 20:35
Neftçinin məşqçisi: Heç biri etimadı doğrultmadı
"Neftçi"nin məşqçisi Nazim Əliyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bugünkü oyunda gənc futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi. Avroliqada demək olar ki, oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək olar ki, heç biri etimadı doğrultmadı. “Araz Naxçıvan”ı qələbə ilə təbrik edirəm”.
